59453638-6ed1-4346-ab29-ea666005114e..jpg

Məğlub olan millimizin qapıçısı: “Hakimlər öz “sözlərini” dedilər”

Baxış sayı: 623 dəfə baxılıb.

Məğlub olan millimizin qapıçısı: “Hakimlər öz “sözlərini” dedilər”

“Bakıda bu rəqibə qarşı daha yaxşı oynadıq və sübut etdik ki, istənilən
komanda ilə mübarizə aparacaq gücdəyik”.

Bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Astanada
Qazaxıstana 2:3 hesabı ilə uduzduqları DÇ-2024-ün elit mərhələsinin oyunu
barədə danışarkən deyib.

39 yaşlı qolkiper Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında
səfərdəki görüşün Bakıdakının davamı olduğunu bildirib:

“Bu qarşılaşmalar sanki bir-birini təkrarladı. Sadəcə, bəxtimiz gətirmədi.
İdmanda bəxt amili çox vacibdir. Hər iki oyunda bəxt onların tərəfində oldu.
Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözlərini”
dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə görüşü
saxladılar, ancaq rəqibin topu “oğurlayıb” qol vurmasına göz yumdular. Bunun
müqabilində rəqibdən feyr-pley nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər”.

Kürdov qarşıda iki matçın qaldığını sözlərinə əlavə edib: “Bakıda Rumıniyanı,
səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci
pillədə başa vuraq. Düzdür, itkimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü,
Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq.
Final mərhələsinə birbaşa vəsiqə qazanmaq istəyirdik. Amma qeyd etdiyim
səbəblər buna imkan vermədi”.

Source link