Məğlubedilməz UFC döyüşçüsü Həbibə divan tutacağını deyir

Baxış sayı: 5. 424 dəfə baxılıb.

Məğlubedilməz UFC döyüşçüsü Həbibə divan tutacağını deyir

Amerikalı MMA döyüşçüsü Ben Askren rusiyalı Həbib Nurməhəmmədovla döyüşə biləcəyini istisna etməyib.

Bu barədə MMA Fighting saytı məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı idmançı Londonda pərəstişkarları ilə görüşü zamanı bu ilin oktyabr ayında Həbiblə oktaqonda üz-üzə gəlməyə hazır olduğunu deyib.

“Fikrimcə, Həbibi güləş hesabına məğlub edə bilərdim”, – deyə Askren vurğulayıb.

Qeyd edək ki, bu vaxtadək Askren UFC turnirində məğlubiyyət acısını dadmayıb. Onun qələbələrinin sayı 19-a çatıb.