Məğlubiyyət “Çelsi” azarkeşlərinin səbrini daşırdı – VİDEO

Məğlubiyyət “Çelsi” azarkeşlərinin səbrini daşırdı – VİDEO

Baxış sayı: 2. 811 dəfə baxılıb.

İngiltərə Premyer Liqasının son turunda “Çelsi” Stamford Bric adına stadionunda 28 ildən sonra əzəli rəqiblərindən olan “Totenhem”ə uduzub.

ÇıxışYolu.Com xəbər verir ki, 1:3 hesablı məğlubiyyət həm də “zadəganlar”ın Çempionlar Liqasında mübarizə aparmaq üçün vəsiqə verən ilk “dördlük”dən aralı düşməsinə – 8 xal fərq yaranmasına səbəb olub.

Məhz bu üzdən oyundan sonra “Çelsi” azarkeşləri məğlubiyyəti həzm edə bilməyiblər. Qarşı tərəfin fanatları Fulhem Roudla gedərkən “La Reserve Hotel”in barında əyləşmiş “Çelsi” azarkeşləri onlara hücum edib.

Həmin anın görüntülərini hotelin eyvanından Co Forester çəkib. Həmin görüntünü təqdim edirik:

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com