aee2e7d5-187b-49d4-83a7-fdd4b3b0dc60..jpg

”Məhəbbət üç il yaşayır” romanının müəllifi saxlanılıb

Baxış sayı: 370 dəfə baxılıb.

”Məhəbbət üç il yaşayır” romanının müəllifi saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada məşhur yazıçı Frederik Beqbeder saxlanılıb.

Məlumata görə, o, hazırda Po rayon polis komissarlığındadır.

Faktı respublika prokurorluğu da təsdiqləyib.

Bildirilir ki, bir müddətdir Poda yaşayan yazıçı rayon prokurorluğu tərəfindən
açılmış və yerli polis tərəfindən araşdırılan iş üzrə dekabrın 12-də
dindirilməyə çağırılıb və polis bölməsindən buraxılmayıb.

Yazıçının hələ yayda adı açıqlanmayan xanım tərəfindən polisə təqdim olunan
zorlama şikayəti üzrə saxlanıldığı deyilir.

Xatırladaq ki, 2008-ci ildə Beqbeder Parisdə kokain istifadə edərkən
saxlanılıb və üzərində çoxlu miqdarda narkotik tapılıb. Lakin 2022-ci ildə
yazıçı narkotikdən imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, Frederik Beqbederin 58 yaşı var. O, yazıçı, ssenarist,
ədəbiyyatşünas, teleaparıcı, Flora Ədəbi Mükafatının yaradıcısı və münsiflər
heyətinin sədri, “Ağılsız bir gəncin xatirələri”, “Komada tətil”, ”Məhəbbət üç
il yaşayır”, “99 Frank” və s. romanlarının müəllifidir.

Mənbə: İnterfaks

Source link