Boks əfsanəsi Məhəmməd Əlinin ikinci həyat yoldaşı Xəlilə Kamaço Əli WBC versiyası üzrə ağır çəkidə dünya çempionu, amerikalı boksçu Deontey Uaylderin uğurlarını yüksək qiymətləndirib.
“Mirror” xəbər verir ki, əfsanəvi boksçunun həyat yoldaşı Uaylderi “rinqin əsl kralı” adlandırıb.
“Daha heç nəyi sübut etməyə gərək yoxdur – sadəcə, öz işinlə məşğul ol. Ən böyüklər dərhal görünür və sən tarixin ən böyüyüsən. Təşəkkürlər sənə!”, – Əli bildirib.
Xatırladaq ki, 23 noyabrda məğlubedilməz amerikalı 10-cu dəfə WBC çempionu titulunu müdafiə edib. O, yeddinci raundda kubalı rəqibi Luis Ortisi məğlub edib.