f21d0624-010b-4013-ac7f-616299b0666b.jpg

Məhəmməd Əl-Duveyni: “COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır”

Baxış sayı: 150 dəfə baxılıb.

“COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır”.

“Report” xəbər verir ki, bunu Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi
Məhəmməd Əl-Duveyni Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı
zamanı deyib.

Onun sözlərinə görə, dini liderlər ətraf mühitlə bağlı anlayış və
davranışların düzəldilməsində rol oynayacaq:

“Dinlər və insanlar arasında əlaqə gücləndirilməlidir. İqlim dəyişikliyi
koronavirus pandemiyasından heç də az əhəmiyyətli deyil. Ona görə də gücləri
birləşdirərək addım atmalıyıq. COP27 Misirdə, COP28 isə BƏƏ-də keçirilib. COP29
özündən əvvəlkilərdə qəbul edilən və kağız üzərində qalan qərarların tətbiqinə
nail olmalıdır”.

Məhəmməd Əl-Duveyni bildirib ki, iqlim dəyişikliyi və onun fəsadların aradan
qaldırılması üçün təhsil müəssisələrində elmi fəaliyyətin möhkəmləndirilməsi,
tədqiqatların həyata keçirilməsi, bu istiqamətdə qanunların qəbulu vacibdir.

Source link