1e8f4df9-632b-4154-87c7-01551682d63c..jpg

Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Baxış sayı: 606 dəfə baxılıb.

Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.

President.az xəbər verir ki,
bununla bağlı Prezidentİlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin
530 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin anadan olmasının 530 ili tamam olur.

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer
tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli
sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin
məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa
çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti
xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli
anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini
daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının
təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk
vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb
formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli
ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının
adını hər zaman ehtiramla yad etmişlər.

Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq
səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına
həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən
ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.

Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır.

Source link