Məhərrəm ayı bu il sentyabrın 11-dən başlayacaq.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
“10 gündən sonra, yəni sentyabrın 20-də isə Aşura mərasimi olacaq”, – deyə M.Qurbanlı əlavə edib.
M.Qurbanlı bildirib ki, Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq və bu plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com