Məhbus canlı yayımda lüks şəraitini göstərdi – VİDEO

Məhbus canlı yayımda lüks şəraitini göstərdi – VİDEO

Baxış sayı: 2. 362 dəfə baxılıb.

Britaniyanın həbsxanalarından birində cəza çəkən məhbus Yusuf Ademola “Instagram”da canlı yayım edərək sosial şəbəkə istifadəçilərini eksklüziv saxlanma şəraiti ilə tanış edib.

ÇıxışYolu.Com “Daily Mail”ə istinadən xəbər verir ki, Yusuf 2017-ci ildə qanunsuz silah saxlama maddəsi ilə 12 il azadlıqdan məhrum edilib.

27 yaşlı məhbus qanunsuz yolla kameraya gətizdirdiyi mobil telefonla britaniyalı bloger Aliyə Mariya Bi ilə canlı rabitə yaradıb.

Strim 17 dəqiqə davam edib və canlı yayım gedə-gedə 700-dən çox istifadəçi tərəfindən izlənilib.

Məhbus blogeri öz bahalı saatı, qızıl bəzək əşyaları və hətta əyləncə məqsədi ilə kamerada saxladığı “PlayStation” video oyun konsulu ilə mat-məəttəl qoyub.

Bloger Ademolanın kamerasındakı şəraitin bir çox standart yataqxanalardakı şəraitdən daha yaxşı göründüyünü etiraf edib.

.
www.ÇıxışYolu.Com