Məhkəmə 150 manata görə tanışını öldürənləri cəzalandırdı

Məhkəmə 150 manata görə tanışını öldürənləri cəzalandırdı

Baxış sayı: 4. 727 dəfə baxılıb.

Məhkəmə 150 manata görə tanışını öldürənləri cəzalandırdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə İlham Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc olaraq 150 manat pul alıb.

Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib. Onlar arasında mübahisə davaya çevrilib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.

Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.

Hər iki şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur. Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com