063f6d53-0739-4aa6-aea8-5f2fbcb65051..jpg

Məhkəmə “AbzasMedia” işi çərçivəsində saxlanılan üç nəfər barədə qərar qəbul edib

Baxış sayı: 684 dəfə baxılıb.

Məhkəmə “AbzasMedia” işi çərçivəsində saxlanılan üç nəfər barədə qərar qəbul
edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə “AbzasMedia” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc
Vaqifqızı və İmran Əliyev barədə qərar verib.

“Report” xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına
buraxılması ilə bağlı verilən vəsatətə baxılıb və vəsatət təmin edilməyib.

Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc
Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.
İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon
Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə
təqsirli bilinirlər.

Source link