Məhkəmə azyaşlıya təcavüz edən şəxslə bağlı qərar VERDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nizami Rayon Məhkəməsində 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi
ilə təqsirləndirilən şəxsə hökm oxunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə
keçirilən məhkəmə iclasında Şirvan sakini olan, əvvəllər oğurluq maddəsi ilə
məhkum olunmuş 22 yaşlı Ceyhun adlı şəxs Cinayət Məcəlləsinin 152.2-ci (14
yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər
hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan
məhrum edilib. Qeyd edək ki, zərərçəkmiş qismində tanınan Natella şikayətçi
olmadığını bildirib və məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini
xahiş edib.
İttiham aktına görə, ötən ilin iyun ayında Ceyhun dostu Naillə birlikdə
çimərliyə gedərkən yolda ona “TikTok” sosial şəbəkəsindən tanış olduğu Amina
(ad şərtidir) adlı qız zəng edib. Nail ona birlikdə çimərliyə getməyi təklif
edib. Amina isə Nailə rəfiqəsi Natella (ad şərtidir) ilə birgə gəlmək
istədiyini bildirib. Onlar razılaşıblar və dostlar qısa müddət sonra qızları
Yasamal rayonundan götürüb çimərliyə gediblər. Çimərlikdə birlikdə dincəldikdən
sonra Nailin Nizami rayonunda kirayə yaşadığı mənzilə gəliblər. Bir müddət
deyib-güldükdən sonra Natella yataq otağında Ceyhunla öz razılığı ilə cinsi
əlaqədə olub. Belə ki, Natella ona 15 yaşının olduğunu bildirib. Hətta Nail ilə
Amina da onların necə cinsi əlaqədə olmalarının şahidi olublar. Sonra Nail
taksi çağırıb və qızları öz evlərinə yola salıb.