c21c917e-d070-49ea-a9e7-bc1ca02a8d00..jpg

Məhkəmə dələduzluqda ittiham olunan şəxsə bəraət verdi

Baxış sayı: 811 dəfə baxılıb.

Məhkəmə dələduzluqda ittiham olunan şəxsə bəraət verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami Rayon Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Elçin Rzayevin
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cixisyolu.com-ın məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən
prosesdə qərar elan edilib.

Qərara əsasən, E.Rzayevin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri
ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz
bilinib və ona bəraət verilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam
qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, ittihama görə, E.Rzayev Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev
prospektində yerləşən ticarət mərkəzində müqavilə əsasında icarəyə götürdüyü
mağazanın guya ona məxsus olmasını bildirib və ayrı-ayrı şəxslərin etibarından
sui-istifadə etməklə heç bir hüququ və səlahiyyəti olmadığı halda həmin
mağazaları zərərçəkmiş şəxslərə satmaqla adlarına sənədləşdirəcəyinə dair yalan
vəd verib aldadaraq onlara xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.

Source link