931939da-8902-4563-90a5-51a928af8a54..jpg

Məhkəmə dələduzluqda təqsirləndirilən qadınla bağlı bəraət hökmünü qüvvədə saxladı

Baxış sayı: 776 dəfə baxılıb.

Məhkəmə dələduzluqda təqsirləndirilən qadınla bağlı bəraət hökmünü qüvvədə
saxladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən S.Cəfərovanın
barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə
baxılıb.

Bu barədə Cixisyolu.com-a təqsirləndirilən şəxsin vəkili Hikmət Əmiraslanov məlumat
verib.

Onun sözlərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə
qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı
bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S.Cəfərova ötən ilin mart ayının 25-də Lənkəran Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin
178.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbiri seçilib. Lənkəran Rayon Məhkəməsi S.Cəfərova
barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya
şikayəti və prokurorluq isə apellyasiya protesti verib.

Source link