Məhkəmə dostunu bıçaqlayan şəxsi dəlixanaya göndərdi

Məhkəmə dostunu bıçaqlayan şəxsi dəlixanaya göndərdi

Baxış sayı: 2. 233 dəfə baxılıb.

Məhkəmə dostunu bıçaqlayan şəxsi dəlixanaya göndərdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elvin Həmzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. E.Həmzəyev 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, İmişli rayon sakini Elvin Həmzəyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, 2018-ci il noyabrın 27-də Nərimanov rayonu ərazisində münaqişə zəminində dostu, Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılıb. 

İstintaq orqanında E.Həmzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.