1c26e499-2d88-40b4-a787-a4f8e8eb3689..jpg

Məhkəmə Elnarə Qasımova barədə qərar verib

Baxış sayı: 735 dəfə baxılıb.

Məhkəmə Elnarə Qasımova barədə qərar verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə “Abzas Media” işi üzrə həbs olunan Elnarə Qasımova barədə qərar verib.

“Report” xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın
sədrliyi ilə keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə
bağlı verilən vəsatət təmin olunmayıb.

Xatırladaq ki, E.Qasımova bu il yanvarın 13-də saxlanılıb. Daha sonra
məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Source link