Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində “Kanal13” internet televiziyasının rəhbəri Əziz
Orucov barədə qərar qəbul olunub.
Bu barədə “Report”a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon
Məhkəməsində həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı qərardan
verilən apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı
Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və
ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə
cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov
barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham
irəli sürülüb.