Ötən ilin oktyabr ayında həbs olunan müğənni Fədayə Laçınla bağlı Nəsimi Rayon Məhkəməsi qərar verib.
İfaçının həbs qərarı may ayının 29-dək artırılıb.
Bu barədə ÇıxışYolu.Com-a Laçının vəkili Türkel Süleymanlı məlumat verib.
Qeyd edək ki, müğənni F.Laçın oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.