24920d9a-204a-4786-9cc4-9f922828ee3c..jpg

Məhkəmə həbsdə olan keçmiş direktorla bağlı qərarı açıqladı

Baxış sayı: 591 dəfə baxılıb.

Məhkəmə həbsdə olan keçmiş direktorla bağlı qərarı açıqladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Azərbaycan Auditorlar Palatasının Gəncə şəhər Auditor
təşkilatının direktoru vəzifəsində işləmiş Natiq Məmmədovun barəsindəki hökmdən
verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə
keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan
məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin
etməyib.

Qeyd edək ki, N.Məmmədov 2020-ci ilin sentyabrında Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq tədbirləri ilə N.Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2012-ci
ilin fevral ayında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati
binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət
qismində almasına əsaslı şübhələr yaranıb.

Bundan başqa, N.Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin may ayında
“Finka Azərbaycan” bank olmayan kredit təşkilatına məxsus olan 15 min 600 manat
məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, rəsmi sənədlərə
bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı
törədərək həmin sənədlərdən istifadə etməsinə əsaslı şübhələr yaranıb. Bundan
əlavə, N.Məmmədovun vətəndaşın Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli
Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsi və ya Yanğından Mühafizə Xidmətinin
Göygöl rayon şöbəsində işlə təmin olunmasına köməklik göstərilməsi müqabilində
sonuncunu ümumilikdə ona 7 000 manat pul verməsinə təhrik edərək həmin şəxsdən
5 000 manat miqdarda pul alaraq təkrarən dələduzluq etməsinə əsaslı şübhələr
yaranıb. N.Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan
vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla
törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan
edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilib.

Source link