e7001656-eb22-418b-8a60-2ab663906669..jpg

Məhkəmə institut direktorunun ölümü ilə bağlı qərar verdi

Baxış sayı: 662 dəfə baxılıb.

Məhkəmə institut direktorunun ölümü ilə bağlı qərar verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi)
direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi
törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki hökmdən dövlət
ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə
məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, kassasiya protesti və
zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin olunub. Sumqayıt
Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi həmin
məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.

İttihama görə, hadisə 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində
Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonunun Təzəkənd kəndindən
keçən hissəsində qeydə alınıb.

Belə ki, DİN-in Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı,
polis baş serjantı, 1987-ci il təvəllüdlü Ramil Hüseynovun idarə etdiyi “Daewoo
Nexia” markalı avtomobillə Sahib Eyvazovun sürdüyü VAZ-2121 toqquşub. Nəticədə
S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən
çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü
Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq
Məmmədov hadisə yerində vəfat edib.

Məlumata görə, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.

Faktla bağlı cinayət işi açılıb və materialları Xızı Rayon Prokurorluğuna
göndərilib.

Xızı Rayon Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum
edilib. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan
tədbiri dəyişdirilib və onun barəsində həbs növündə qətimkan tədbiri seçilərək
məhkəmə-iclas zalından həbs olunub. Cəzasını məntəqə tipli cəzaçəkmə
müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən
hesablanıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib,
təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti
verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə vəsatəti təmin etməyib. Daha sonra
onlar Ali Məhkəməyə müraciət ediblər.

Qeyd edək ki, Tofiq Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda
direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya
İnstitutuna direktor təyin edilib.

Source link