Məhkəmə intihar edən qızın keçmiş nişanlısına bəraət verdi

Məhkəmə intihar edən qızın keçmiş nişanlısına bəraət verdi

Baxış sayı: 4. 071 dəfə baxılıb.

Məhkəmə intihar edən qızın keçmiş nişanlısına bəraət verdi

Ali Məhkəmədə özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Ələddin Cavadovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. 

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Qeyd edək ki, A.Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub.

O, bir müddət əvvəl nişanlısı Ə.Cavadovdan ayrılıb. İlkin ehtimala görə, A.Ağaməmmədova buna görə özünü 17-ci mərtəbədən ataraq intihar edib. 

Binəqədi Rayon Məhkəməsi Ə.Cavadov barəsində bəraət hökmü çıxarıb və Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com