15d4ed37-50a1-4871-948d-9951ae4cc643..jpg

Məhkəmə işində vəkil qardaşı çıxdı, hakim özü-özünə etiraz etdi

Baxış sayı: 720 dəfə baxılıb.

Məhkəmə işində vəkil qardaşı çıxdı, hakim özü-özünə etiraz etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyev özü-özünə etiraz edərək
icraatına verilən işə baxmaqdan imtina edib.

Bu barədə e-huquq.az-a hakimin qardaşı vəkil Rüfət Mirzəliyev məlumat verib.

Onun sözlərinə görə, vəkil əmlakın üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti
təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edib. İş icraata
verildikdə təyin olunan hakimin qardaşı Ruslan Mirzəliyev olduğunu görüb və bu
barədə ona məlumat verib. Hakim Ruslan Mirzəliyev işə baxmaqdan imtina edib və
iş başqa hakimin icraatına verilib.

Qeyd edək ki, hakimin mülki və ya kommersiya mübahisəsi üzrə işdə iştirak edən
şəxslərlə və yaxud onların nümayəndələri ilə, cinayət işində isə ittiham və ya
müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə onların
nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır.
Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim
öz-özünə etiraz etməyə borcludur.

Source link