Anna Danibekyanın rəhbəri olduğu Yerevanın ictimai hüquq məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın həbsdə qalması ilə bağlı qərar qəbul edib.
“Sputnik Ermənistan” xəbər verir ki, Danibekyan Koçaryan tərəfinin sabiq prezidenti dərhal azad etməsi ilə bağlı şikayətini rədd edib.
O bildirib ki, sabiq prezident qərardan Apellyasiya Məhkəməsinə şikayət edə bilər.
Qeyd edək ki, sentyabrın 12-də Koçaryanın vəkilləri sabiq prezidentə qarşı azadlıqdan məhrumetmə qərarının dəyişdirilməsi ilə bağlı müraciət edib.
Xatırladaq ki, sabiq prezident 2008-ci il martın 1-də baş tutan aksiyaların dağıdılması işi üzrə konstitusiya quruluşunu devirməkdə ittiham edilir. R.Koçaryan 2018-ci ildə iki dəfə həbs olunub. Bu il iyunun 25-də isə onun barəsində üçücü dəfə həbs qərarı çıxarılıb.