54040a39-840b-4104-ac19-4c49f3d03606..jpg

Məhkəmə küçədə ona tərs baxanı öldürən şəxslə bağlı qərar verdi

Baxış sayı: 813 dəfə baxılıb.

Məhkəmə küçədə ona tərs baxanı öldürən şəxslə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməkdə
təqsirləndirilən Mahir Həsənovun barəsindəki hökmdən verilən apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ötən il fevralın 9-da saat 10 radələrində Sumqayıt şəhər sakini
1977-ci il təvəllüdlü Nazim Məmmədov şəhərin 18-ci mikrorayon ərazisində
öldürülüb. Belə ki, zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənov
şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim
Məmmədova xəsarət yetirərək onu qəsdən öldürüb. Onun barəsində Cinayət
Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə
ittiham irəli sürülüb. Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb edilib. O, məhkəmə ifadəsində deyib ki, hadisədən əvvəl Nazim Məmmədov
küçədə ona tərs-tərs baxıb və o, bundan narahat olub. Bundan sonra aralarında
mübahisə yaranıb. Nəticədə Mahir Nazimi qətlə yetirib.

Source link