d49ecbad-cb55-4d49-99c0-01c616aa3bcd..jpg

Məhkəmə narkotikə görə tutulan qadına bəraət verdi

Baxış sayı: 543 dəfə baxılıb.

Məhkəmə narkotikə görə tutulan qadına bəraət verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
təqsirləndirilən Nərminə Şəmilovanın cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.

E-huquq.az xəbər verir ki, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə
qərar elan olunub.

Qərara əsasən, N.Şəmilovanın təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona
bəraət verib.

Qeyd edək ki, ittihama görə, N.Şəmilova satış məqsədi olmadan qanunsuz olaraq
şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib
saxlayaraq daşıyıb. O, 2022-ci ilin sentyabr ayında Sabunçu Rayon Polis
İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu ərazisində
saxlanılaraq polis bölməsinə gətirilib. Üzərində keçirilən şəxsi axtarış zamanı
çantasından ümumi çəkisi 0,191 qram olan metamfetamin və 0,753 qram qurudulmuş
marixuana aşkar edilərək götürülüb. N.Şəmilovaya qarşı Cinayət Məcəlləsinin
234.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Source link