b82533fe-e30e-450c-9f83-dd13b25aa683..jpg

Məhkəmə narkotik əkməkdə ittiham edilən şəxslərə bəraət verdi

Baxış sayı: 671 dəfə baxılıb.

Məhkəmə narkotik əkməkdə ittiham edilən şəxslərə bəraət verdi

Şəkil Apellyasiya Məhkəməsində narkotik vasitələrin kultivasiyasında və
qanunsuz silah-sursat saxlamaqda təqsirləndirilən Novruz Umarlı və Ayaz
Balakişiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxslərin vəkili Samir Şərifov məlumat
verib.
Onun sözlərinə görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə
qərar elan olunub. Qərara əsasən, hər iki şəxsə bəraət verilib və birinci
instansiya məhkəməsinin hökmü ləğv olunub.

Qeyd edək ki, N.Umarlı və bibisi oğlu A.Balakişiyev kəndin meşəlik ərazisində
narkotik tərkibli bitkilər əkib-becərməkdə təqsirləndiriliblər. İttihama görə,
onlar 1 avqust 2020-ci il tarixində Oğuz rayon polis şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılarkən qanunsuz
olaraq gəzdirdikləri tapançadan polis əməkdaşlarına atəş açıblar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə hər
iki şəxs Cinayət Məcəlləsinin 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə
təqsirli bilinərək N.Umarlı 6 il, A.Balakişiyev isə 5 il müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib. Qərardan narazı qalan müdafiə tərəfi
apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il
tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmayıb.

Daha sonra müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin Cinayət
Kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarı ilə maddi və prosessual
hüquq normalarının pozulması səbəbindən Şəki Apellyasiya Məhkəməsinin qərarı
ləğv olunub, iş təkrar apellyasiya baxışına qaytarılıb.

Source link