Məhkəmə prokurorun bankirlə bağlı protestini təmin etmədi

Məhkəmə prokurorun bankirlə bağlı protestini təmin etmədi

Baxış sayı: 4. 961 dəfə baxılıb.

Məhkəmə prokurorun bankirlə bağlı protestini təmin etmədi

Külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən “AtraBank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 

Qərara görə, prokurorun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə verdiyi apellyasiya protesti təmin olunmayıb. 

Elmixan Nəbiyevin barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmixan Nəbiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Elmixan Nəbiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İstintaq zamanı Elmixan Nəbiyevin “AtraBank” ASC İdarə Heyətinin sədri işləyərkən bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr təşkil edib, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.

Daha sonra rəhbərlik etdiyi bankın tələb olunan formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, eyni zamanda, ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirərək mənimsəyib.

Elmixan Nəbiyev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com