Məhkəmə prosesləri onlayn rejimdə müşahidə edilə biləcək

Məhkəmə prosesləri onlayn rejimdə müşahidə edilə biləcək

Baxış sayı: 4. 965 dəfə baxılıb.

Məhkəmə prosesləri onlayn rejimdə müşahidə edilə biləcək

Artıq məhkəmə proseslərinin onlayn rejimdə müşahidə edilməsi imkanı yaradılır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bununla bağlı Milli Məclisin (MM) sabah – 28 dekabr tarixində keçiriləcək sonuncu plenar iclasının gündəliyinə daxil edilmiş Mülki Prossesual Məcəlləyə dəyişiklik layihəsində qeyd edilir.

Dəyişikliyə görə, adıçəkilən Məcəllənin 176-cı (Məhkəmə iclasında qayda) maddəsinin 5-ci bəndinə əsasən, işdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin, məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə qeydə almaq hüququ var. 

Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla, məhkəmənin icazəsi ilə yol verilir. 

Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.

Bəndə edilən əlavədə qeyd olunub ki, məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın onlayn rejimdə müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı “Elektron məhkəmə” informasiya sistemi tərəfindən təmin olunur.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com