Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda
Astara, Cəlilabad, Biləsuvar, Lənkəran və Masallı şəhər/rayon komissiyalarının
birgə təşkilatçılığı ilə qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə
edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını
Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 224 məhkəmə hökmü üzrə barəsində
məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata
keçirilib.
Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi
Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq
müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.