Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin
İsakovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası
başa çatıb.
Pravda.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə
azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi Ramin İsakovun şikayətini
təmin etməyib.
Qeyd edək ki, hadisə 2022-ci ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş
verib.
Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış
mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə
qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat
yoldaşı olublar. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və
ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.