Əməkdar artistlər Röya Ayxan və Aygün Bəylər arasında olan məhkəmə çəkişməsi başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, Röyanın vəkili Vamiq Şükürov əvvəlcə prosesin bitməsi barədə məlumat vermək istəməyib, məhkəmə qərarının yekunlaşmadığını bildirib:
Hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Röya Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi.
Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşıyıb.
Bu məqamda bildirək ki, Röya Ayxan həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olması barədə açıqlama verməsini tələb edirdi.