Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşı ilə bağlı qərar çıxardı

Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşı ilə bağlı qərar çıxardı

Baxış sayı: 2. 095 dəfə baxılıb.

Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşı ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

ÇıxışYolu.Com hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, Z.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib. 

İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin vaxt həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edəndə həyat yoldaşından dörd min manat pulu götürərək onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, “Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.

E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

E.Xəlilov iş üzrə şahid qismində tanınır.

Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərədrliyi ilə araşdırılıb.

Bu iş üzrə iş adamı, “Yeganə” şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır. E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə ümumilikdə 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağı vədini verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Z.Məmmədov məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.