4ada9692-9278-45f5-b5a4-33e22622cf9c..jpg

Məhkəmə şəhid qardaşına bəraət verdi

Baxış sayı: 746 dəfə baxılıb.

Məhkəmə şəhid qardaşına bəraət verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat
hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun barəsindəki hökmdən
verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat
verib.

Onun sözlərinə görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə
qərar elan edilib. Qərara əsasən, İ.Cəfərova bəraət verilib və birinci
instansiya məhkəməsinin hökmü ləğv olunub.

Qeyd edək ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, İ.Cəfərov idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan
hissədən yolu keçməyə çalışan piyadanı vurub. Xəstəxanaya çatdırılan piyadanın
həyatını xilas etmək mümkün olmayıb. Bakı Hərbi Məhkməsinin hökmü ilə İ.Cəfərov
3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi
apellyasiya şikayəti verib.

Qeyd edək ki, hərbçi olan İ.Cəfərov Vətən müharibəsi şəhidi Oruc Cəfərovun
qardaşıdır.

Source link