Məhkəmə səkkiz aydır günahsız həbsdə saxlanılan şəxsi azad etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şəmkir Rayon Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama,
hazırlama, emal etmə və daşımada təqsirləndirilən Coşqun Aslanovun cinayət işi
üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə C.Aslanovun vəkili Zabil Qəhrəmanov
məlumat verib.
Vəkil qeyd edib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi C.Aslanov barəsində
bəraət hökmü çıxarıb:
“Cinayət Məcəlləsinin 234.1 ci maddəsi ilə təqsirləndirilən şəxs Coşqun Yaşar
oğlu Aslanovun barəsində bəraət hökmü çıxarıldı. Təqsirləndirilən şəxs səkkiz
aydır ki, həbsdə idi. Hakim Həvayət xanıma təşəkkür edirəm”.