Bakının Qaradağ rayonunda hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilən Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Qaradağ rayon Məhkəməsinin hökmü ilə M.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona şərti cəza verilib və məhkəmə zalından sərbəst buraxılıb.
İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərti verilib – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.
O qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədov onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.
ÇıxışYolu.Com yeniləndi!