Məhkəmə sintezator ifaçısını bıçaqlayan müğənni ilə bağlı qərar verdi

Məhkəmə sintezator ifaçısını bıçaqlayan müğənni ilə bağlı qərar verdi

Baxış sayı: 6. 447 dəfə baxılıb.

Məhkəmə sintezator ifaçısını bıçaqlayan müğənni ilə bağlı qərar verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdırılıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ə.İsmayılov dörd il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən “Nar” kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com