Bakı Apellyasiya Məhkəməsində Suriya ərazisində döyüşməkdə təqsirləndirilən Rövşən Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Rəhimovun apellyasiya şikayəti təmin edilməyib.
R.Rəhimov Cinayət Məcəlləsinin 218.2-ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham olunublar.
İttihama görə, o, 2013-cü ildə Suriyaya gedib, orada Bəşşar Əsəd hökumətinə qarşı vuruşaraq bir müddət sonra geri qayıdıb.
R.Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.