Məhkəmə tanınmış idmançının evini talayanlara vaxt verdi

Məhkəmə tanınmış idmançının evini talayanlara vaxt verdi

Baxış sayı: 3. 395 dəfə baxılıb.

Məhkəmə tanınmış idmançının evini talayanlara vaxt verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilovun vəkili müdafiə çıxışı edib.

Vəkil müvəkkilinə yüngül cəza verilməsini istəyib. Sonra təqsirləndirilən N.Fərəcovanın anası Rəna Fərəcova da məhkəmədən vaxt istəyib. Məhkəmə zərərçəkmişə zərərin ödənilməsi üçün vaxt verib.


Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Etibar MƏMMƏDOV
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.