Məhkəmə tanışının qulağını kəsən şəxsi cəzalandırdı

Məhkəmə tanışının qulağını kəsən şəxsi cəzalandırdı

Baxış sayı: 2. 502 dəfə baxılıb.

Məhkəmə tanışının qulağını kəsən şəxsi cəzalandırdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.İbrahimli altı il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, 10 iyun 2018-ci ildə Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ.İbrahimli əvvəlcədən tanımadığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəminində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb. Butulka Ş.Əliyevin başına dəyib. Sonra butulkanın sınığı ilə zərərçəkmişə xəsarət yetirib. 

Hadisəni törədən İ.İbrahimli həbs edilib. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com