0c310437-b576-4c72-978c-02abc3646b98..jpg

Məhkəmə vəzifəli şəxsə qarşı dələduzluq edən müəllimin cəzasını azaltdı

Baxış sayı: 557 dəfə baxılıb.

Məhkəmə vəzifəli şəxsə qarşı dələduzluq edən müəllimin cəzasını azaltdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Sahib Şükürovun barəsindəki
hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya
Məhkəməsinin qərarı dəyişdirilib və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası
5 il 3 aya endirilib.

Qeyd edək ki, S.Şükürov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, o, mənimsəmə
və digər cinayət faktlarına görə başlanan cinayət işi üzrə keçirilən əməliyyat
tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli
uşaq musiqi məktəbinin direktoru Mehriban Əsgər qızı Rüstəmovanın sözügedən
cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik
göstərəcəyi vədini verib.

S.Şükürov bu yolla qadından ümumilikdə 168 min manat pul alaraq dələduzluq
edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla
dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham
elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov 3 il müddətinə
azadlıqdan məhrum edilib. Bu hökmdən dövlət ittihamçısı və məhkumun müdafiəçisi
narazı qalıblar. Onlar apellyasiya protesti və apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun müdafiəçisinin apellyasiya
şikayəti təmin edilməyib, prokurorun isə apellyasiya protesti təmin olunub və
Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü
dəyişdirilib. Bildirilib ki, S.Şükürovun 3 il azadlıqdan məhrumetmə cəzası 6
illə əvəzlənib. Cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il tarixdən
hesablanıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Source link