0fd3e6fb-ed86-4a77-a4af-9233b5f15b83..jpg

Məhkəmə vəzifəli şəxslərin adından dələduzluq edən şəxslə bağlı qərar verdi

Baxış sayı: 553 dəfə baxılıb.

Məhkəmə vəzifəli şəxslərin adından dələduzluq edən şəxslə bağlı qərar verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə,
dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Süleyman Cəfərovun
barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəfərov 7 il müddətinə
azadlıqdan məhrum edilib.

İttihama görə, Süleyman Xanlar oğlu Cəfərovun qanunsuz hərəkətləri barədə
daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində aparılan araşdırma nəticəsində ona Cinayət Məcəlləsinin 178.2.4
(dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin
səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən
bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə)
maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs
qətimkan tədbiri seçilib.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə S.Cəfərovun 2020-ci ilin avqust
ayında özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin
orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak
etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək
guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min
manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də
vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə
rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Source link