2f1ed134-e074-4554-b5af-683992ad4e0c..jpg

Məhkəmədən həlak olan hərbçimizə şəhid statusunun verilməsi barədə QƏRAR – FOTO

Baxış sayı: 392 dəfə baxılıb.

Məhkəmədən həlak olan hərbçimizə şəhid statusunun verilməsi barədə QƏRAR – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində Zahid Məmmədzayid oğlu Səlimova şəhid statusunun
verilməsi ilə bağlı qərardan inzibati orqan tərəfindən verilən şikayətə baxılıb.

Bu barədə e-huquq.az-a iddiaçı tərəfin vəkili Əziz Qənbərli məlumat verib.

Onun sözlərinə görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə
şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə
saxlanılıb.

“Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov 2022-ci ilin may ayında hərbi
hissəyə təminat aparan zaman Füzuli rayonunun “Qayıdış-1” qəsəbəsi ərazisində
baş verən qəzada həyatını itirib. Qəzada həlak olduğuna görə ona şəhid statusu
verilməyib. Ailəsi Zahidə şəhid statusunun verilməsi ilə bağlı Bakı İnzibati
Məhkəməsində iddia qaldırıb. Hakim Aysev Amazovanın sədrliyi ilə keçirilən
prosesdə iddia təmin olunub. Bundan sonra cavabdeh qurum apellyasiya şikayəti
verib”, – deyə vəkil bildirib.

Qeyd edək ki, Z.Səlimov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O,
Prezidentİlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla “Döyüşdə fərqlənməyə
görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”
medalları ilə təltif edilib.

Source link