Aprelin 22-də axşam saatlarında Qazax rayonunun Çaylı kəndində qətl hadisəsi baş verib.
1999-cu il təvəllüdlü Rahil Sübhan oğlu Cələddinli 17 yaşlı Məhərrəm Kamran oğlu Qocayev tərəfindən qətlə yetirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə borc üstündə baş verib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayevə təqribən 25-30 manat pul borc verib.
R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu tərəflər arasında mübahisəyə səbəb olub. M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Nazir Quliyev