ef237423-924b-427c-b55f-19e940c48c24..jpg

Məktəblərdə şagirdlərə əlavə dərs vəsaitləri aldırılır? – FOTO/VİDEO

Baxış sayı: 527 dəfə baxılıb.

Məktəblərdə şagirdlərə əlavə dərs vəsaitləri aldırılır? – FOTO/VİDEO

Ümumi təhsil müəssisələri şagirdlərə xeyli əlavə dərs vəsaitləri aldırılır. Bu
isə şagirdlərin dərs yükünü ağırlaşdırmaqla yanaşı, valideynlərin də maddi
yükünün çoxalmasına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan təhsil eksperti
Kamran Əsədov deyib ki, bu köməkçi vəsaitlərin əksəriyyəti kommersiya
maraqlarına xidmət edir.

Eskpert onu da bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün
metodiki vəsaitlər çap olunur. Həmin medotiki vəsaitlərdə uşaqların işləməsi
üçün kifayət qədər tapşırıqlar mövcuddur.

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə isə bu köməkçi vəsaitlərdən
istifadənin sərbəst olduğunu bildirib.

Əlavə dərs vəsaitlərinin qiymətlərinə gəlincə isə, bu il bazarda bahalaşma
müşahidə olunur.

X.Xanlarzadə qeyd edib ki, əlavə dərs vəsaitlərin qiymətlərindəki artım nəşr
xərclərinə çəkilən amillərlə əlaqədardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Source link