Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb.
Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan
16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb.
Ailə hadisə ilə bağlı polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş
inspektoru polis kapitanı Eşqin Qasımov lent.az-a bildirib ki, müraciətlə
əlaqədar Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb:
“Tədbirlər nəticəsində qızın yeri müəyyən edilib. O, polisə verdiyi ifadəsində
öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon polis şöbəsinin
rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə
görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib”.