f5f73722-be60-4475-8692-f12fe6cabc23.jpg

Məktəblilər arasındakı mübahisə qanla bitdi: 11-ci sinif şagirdi bıçaqlandı

Baxış sayı: 286 dəfə baxılıb.

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Cixisyolu.com-a Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə şagirdlər
aralarında yaranmış mübahisə zamanı baş verib.

“14 oktyabr 2024-cü il tarixində saat 14:00 – 15:00 radələrində məktəbdənkənar
ərazidə baş verib. Beyləqan şəhər F. Hacıyev adına 2 nömrəli tam orta məktəbin
7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin 11-ci sinif şagirdinə aralarında
yaranmış mübahisə zəminində xəsarət yetirib. Xəsarət alan məktəbli tibb
müəssisəsinə yerləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat
verilib. Beyləqan rayon təhsil sektorunun əməkdaşları və məktəb rəhbərliyi
tərəfindən məktəbliyə baş çəkilib, valideynlə söhbət aparılıb.

Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə
tərəfindən izlənilir.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin
bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə
maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək”.

13:32

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın xəbərinə görə, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb.

Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi 7-ci
sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən
saxlanılıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Source link