b6fc0503-e8e4-46e4-b931-74ee1f179e0c..jpg

Məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən müəllim həbs edildi

Baxış sayı: 677 dəfə baxılıb.

Məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən müəllim həbs edildi

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yeniyetməyə qarşı əxlaqsız hərəkətlər
etmiş müəllim həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər rayonunda yerləşən orta
məktəblərdən birində idman müəllimi işləyən 1967-ci il təvəllüdlü Mikayıl
Abbasov (ad və soyad şərtidir) məktəbli oğlanın anasının şikayəti əsasında
tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16 yaşına çatmayan
şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə
maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin yeniyetmə M.Abbasovun işlədiyi
məktəbdə təhsil alıb. Belə ki, fiziki tərbiyə müəllimi dost münasibətində
olduğu qadının evinə gedərkən onun oğlunun evdə tək olmasından və qızdırmalı
halından istifadə edərək bu hərəkətləri edib.

15 yaşlı oğlanın anası ifadəsində deyib:

“Mikayıl oğlumun təhsil aldığı məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Onun
yaşadığı ünvan bizim evin yaxınlığında yerləşir. Mən işdə olduğum üçün bir neçə
dəfə Mikayıldan oğlumu hazırlığa aparmasını xahiş etmişəm. Sonuncu dəfə 2
sentyabr 2022-ci il tarixdə, saat təxminən 15 radələrində o, mənə səs
göndərərək oğlum Fuadın (şərti adlı) halsız olduğunu, hərarətinin olduğunu
bildirdi və termometrin yerini soruşdu. Həmin gün axşam evə gəldikdə oğlumun
halsız olduğunu gördüm və onun hərarətini ölçdüm. Bundan sonra Fuad mənə
Mikayılın həmin gün evə gəldiyini, ona qarşı əxlaqsız hərəkətlər etdiyini dedi.
Hadisə vaxtı oğlumun hərarəti olduğundan Mikayılın hərəkətinə qarşı heç bir
reaksiya verə bilməyib”.

Mikayıl Abbasov isə ifadəsində hadisə baş verən gün sadəcə Fuadın
temperaturunu ölçmək məqsədilə onu soyundurduğunu deyib. O, yeniyetmə ilə hər
hansı seksual xarakterli hərəkət etmədiyini deyib.

İş üzrə Xəzər Rayon Polis İdarəsində toplanan materiallar daha sonra Xəzər
Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 3 fevral tarixli hökmü ilə 56 yaşlı kişi 2 il müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum olunub. Onun hadisədən dərhal sonra, yəni sentyabrın
5-dən həbs edilməsi nəzərə alınaraq cəzasının başlanğıcı olaraq həmin tarix
qeyd edilib.

Source link