Məleykə Əsədova: “Qızım II kursda oxuyur, heç “Instagram”ı da yoxdur” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qızım II kursda oxuyur. Çox ağıllı, savadlı qızdır. Məktəb illərindən ingilis
dilində təhsil alır, fikri xaricə getmək idi, amma mən qoymadım. Mənsiz necə
gedə bilər? Heç onun “Instagram”ı da yoxdur. Qadağalar qoyan anayam. Mən belə
şeylərin əksinəyəm. Heç onun məktəb illərində telefonu da yox idi. Pandemiya
dövrünə qədər qızıma yalnız şənbə-bazar günləri “iPad” verirdim. Pandemiya
dövründə onlayn dərslərə keçdi deyə telefon istifadə etdi. Qiymətləri yaxşı
olsa, şənbə-bazar günlərimi ona həsr edirdim, arzuları həyata keçirilirdi,
mükafat olaraq “iPad” istifadə etməsinə icazə verilirdi…”
Bu sözləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan “Rəngarəng”
verilişində deyib.
“İndi qızımın dərsləri kompüterlə keçirilir. Mobil telefondan istifadə edir,
amma nə “TikTok”, nə də digər sosial şəbəkələrdə var. Qızıma həddindən artıq
güvənirəm, sadəcə, istəyirəm ki, dərslərinə daha çox önəm versin. Bəzən deyir
ki, ana, uşaqlarda “Instagram” var. Deyirəm ki, yox, sən oradan nə
öyrənəcəksən? Mənim fikrimcə, heç nə öyrənməyəcək. Öyrənmək istəyirsə, dərs
oxusun, kitablardan öyrənsin. “Instagram”da çox mənasız xəbərlər çıxır, beş
xəbər düzdürsə, altısı səhvdir. Mən də təkcə “Instagram”da varam, amma yox
kimiyəm. Heç “TikTok”da da yoxam. Sənət, səhnə adamıyam. Sosial şəbəkə
vasitəsilə əvvəlcədən izləyicilərimi xəbərdar edirəm ki, bu gün tamaşam var. Ev
xanımı deyiləm ki, gündəlik “Instagram”da oturam…” – deyə Xalq artisti
bildirib.