bb942849-31de-4847-bf77-98d13961a6df..jpg

Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş şirkət udmalıdır”

Baxış sayı: 807 dəfə baxılıb.

Məmməd Abbasbəyli: “Tenderi məmurun şirkəti deyil, rəqabətli təklif vermiş
şirkət udmalıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda dövlət satınalmalarını (tender) hər hansı məmurun, fərdin öz
şirkəti deyil, qiymət və keyfiyyət parametrləri üzrə rəqabətli təklif vermiş
şirkət udmalıdır”.

Bunu “Report”a açıqlamasında bir mənbədən satınalmaları şərh edən İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
rəisi Məmməd Abbasbəyli bildirib.

O, qeyd edib ki, bir mənbədən satınalmanı mənfi hal kimi qiymətləndirmək düz
deyil:

“Bu gün mövcud qanunda dövlət satınalmaları istiqamətində bütün proseslərə
Dövlət Xidmətinin nəzarət etməsi öz əksini tapıb. Yəni, bir mənbədən satınalma
Dövlət Xidmətinin razılığı ilə olan prosesdir. Yeni qanunda da ona oxşar
yanaşmalar olacaq.

Bir mənbə deyəndə çox vaxt fikirləşirlər ki, bu səhv bir metodikadır. Əgər bir
mənbədən satınalma prosesi səhv olsaydı, qanunda ona imkan, icazə verilməzdi.
Digər satınalma metodları kimi bir mənbədən satınalmanın da əsasları var.
Qanuna baxsanız görərsiniz ki, orada bunun üçün dörd meyar göstərilib. O
meyarlardan biri odur ki, Nəzarət Dövlət Xidməti bir mənbədən satışa nəzarəti
həyata keçirir. Misal üçün, əgər siz bir kinorejissorsunuzsa və yaxud
rəssamsınızsa, hansısa dövlət qurumu bir əsər almaq istəyirsə, təbii olaraq bu
halda tender keçirilə bilməz. Bu, insanın əqli mülkiyyəti əsasında olan
məhsuldur. Ona görə burada bir mənbədən satınalma metodu tətbiq edilməlidir.
Yəni təklif edirəm ki, bir mənbədən satınalmaya 100% mənfi hal kimi yox,
satınalma metodlarından biri kimi baxılsın”, – deyə M.Abbasbəyli əlavə edib.

“Dövlət qurumları növbəti il üçün dövlət büdcəsi təsdiqlənən zaman özlərinin
illik satınalma planlarını hazırlayırlar və həmin plana uyğun olaraq büdcədən
onlara vəsait ayrılır. Dövlət Xidməti həmin vəsaitdən düzgün istifadəyə nəzarət
edir. Yəni bizim məqsədimiz təkcə satınalmaların səmərəli və şəffaf keçirilməsi
yox, eyni zamanda satınalmalar vasitəsi ilə sahibkarların rəqabət
qabiliyyətinin artırılmasıdır. Yəni biz hər bir dövlət qurumunun satınalma
büdcəsinin düzgün, şəffaf, səmərəli və məqsədyönlü istifadə edilməsini təmin
edə biliriksə, bu o deməkdir ki, sonda bizim sahibkarlığımızın inkişafı
dayanıb”, – deyə M.Abbasbəyli fikrini tamamlayıb.

Source link