Məmmədli kəndi suyun içində qalıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər davam edən yağışlı hava şəraiti daha bir ərazidə nəqliyyatın
hərəkətində çətinlik yaradıb.
Cixisyolu.com xəbər verir ki, söhbət Abşeron rayonu Məmmədli kəndindən gedir.
Sakinlər yağış yağdıqdan sonra küçədə, avtomobil yollarında hərəkətin mümkünsüz
olduğunu deyiblər:
“Yağış yağdısa, Məmmədli kəndi suyun içərisində batır. Hər yer sudur, maşınlar
suyun içərisində qalıb”.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, ötən gün Xırdalan şəhərində
aramsız yağan yağış səbəbindən yollarda nəinki piyadaların, həm də nəqliyyat
vasitələrinin hərəkəti mümkünsüz olub.